Haqqımızda

Mobil marketinq üzrə xidmət göstərən MSMT(Mobile Solutions and Marketing Technologies) şirkəti Azercell MMC–nin bu istiqamətdə həll ortağıdır. MSMT SMS-lə kütləvi məlumatların göndərilməsi ,qısa nömrə üzərindən ikitərəfli sorğulandırma sistemləri və mobil kampaniyaların təşkili ilə yanaşı ,GPSim idarəetmə sistemi -- M2M, Nəqliyyat izləmə sistemi və Asset Menecment kimi xidmətləri təqdim edir. GPSim idarəetmə sisteminə daxil olan həllər Türkiyə və Yaponiya istehsalı olan cihaz və qurğuların tətbiqi ilə təqdim olunur. Məqsədimiz dəyərli tərəfdaşlarımızı faydalı, dinamik idarəetmə vasitəsi ilə təmin etmək , fəaliyyətlərinin səmərəliliyinə dəstək olmaqdır. Bu xidmətlər vasitəsilə müxtəlif sferaları əhatə edən avadanlıq parkının, mövcud cihaz və qurğuların gündəlik işini keyfiyyətli monitorinq edərək işinizə uyğun şəkildə yönləndirə biləcək, təhlükəsizliyi təmin edəcək, insan müdaxiləsini minimuma endirəcək və malik olduğunuz vasitələrin hər anından xəbərdar olacaqsınız.