Nəqliyyat izləmə sistemi

GPS-im idarəetmə mərkəzi nəqliyyat vasitələrinizi internet vasitəsilə real vaxt çərçivəsində, online rejimdə rahatlıqla izləmənizi və səmərəli idarə etmənizi təmin edən bir sistemdir. Bunun üçün iş yerinizdə və ya ofisinizdə olmanız vacib deyil. Dünyanın istənilən yerindən sadəcə,Gpsim.az saytına daxil olmanız kifayətdir.



Necə İşləyir?

GPSim Nəqliyyat İzləmə Sistemi şirkətinizin daha çevik və qazanclı bir şəkildə fəaliyyət göstərməniz üçün şərait yaradır. Nəqliyyat vasitələrinizi səmərəli şəkildə izləyə və idarə edə bilməniz üçün onlara xüsusi bir GPS cihazı quraşdırılır. Bu cihaz peykdən aldığı mövqe, sürət, məsafə və digər telematik məlumatları GPRS vasitəsilə əlaqə mərkəzinə göndərir. Serverlər tərəfindən alınan bu məlumatlar internet üzərindən oxunabiləcək formatda müştərilərə təqdim olunur.

 

 



Necə İstifadə Olunur?


GPSim Nəqliyyat İzləmə Sisteminə internet üzərindən istədiyiniz zaman sürətli və etibarlı bir şəkildə daxil ola bilərsiniz.Sizə məxsus olunan istifadəçi məlumatlarından istifadə edərək nəqliyyat vasitələrinizi dəqiq,hərəkət istiqamətləri üzrə Azərbaycan, Türkiyə, eləcə də, Dünya xəritələrindən izləyə bilərsiniz. Bu sistem sayəsində Siz nəqliyyat vasitələrinizin sistemə qoşulan vaxtdan, sorğulanan vaxtadək hesabatını əldə edə və onlara uzaqdan müdaxilə edə bilərsiniz.





Nələri Əldə edirsiniz?


  • Nəqliyyat vasitələrinin yeri dəqiq rəqəmsal xəritələr üzərində izlənə bilir.
  • Bütün nəqliyyat vasitələrinin sürətləri izlənə bilər.
  • Nəqliyyat vasitəsi sistemə qoşulduğu vaxtdan sorğulanan vaxtadək ,tarixi seçilməklə məlumat əldə edilə bilər.
  • Qət olunmuş məsafə izlənə bilər.
  • Rəqəmsal dəqiq xəritə üzərində müştəri xəritələrini yaratmaq mümkündür (marketlər şəbəkəsi, apteklər şəbəkəsi və s.)
  • Xəritə üzərində xüsusi nöqtələr (POİ), bölgələr qeyd oluna və onların vasitəsilə nəqliyyat vasitəsinin gün ərzində giriş-çıxışları izlənə bilər.
  • Nəqliyyat vasitəsində olan şəxslərlə dispetçer arasında sms vasitəsilə və səsli kommunikasiya təmin edilə bilər.
  • Nəqliyyat vasitələri tərəfindən edilmiş lazımsız gözləmələr (dayanma vaxtı) təsbit edilə bilər.
  • Nəqliyyat vasitəsi uzaqdan dayandırıla bilər, ümumiyyətlə işləməməsi üçün hərəkəti bloklana bilər, siqnal və yan işıqları uzaqdan işə salına bilər.
  • Sürət və bölgə limitləri tətbiq olunaraq, pozuntu xəbərdarlıqları SMS vasitəsi ilə müştəriyə göndərilə bilər.
  • Yanacaq sərfiyyatı, nəqliyyat vasitəsinin daxilindəki istilik və digər telematik məlumatlar izlənə bilər.
  • Nəqliyyat vasitəsinin qapılarının açıq və ya bağlı olduğu haqqında məlumatlar əldə oluna bilər.
  • Video və foto qeydin alınması mümkündür.