M2M

M2M “Machine to machine” ingilis dilindən maşından maşına təsirin ötürülməsi kimi anlayacağımız bu texnologiya ikitərəfli və birtərəfli qaydada avadanlıqlar (cihaz, qurğu) arası məlumat ötürülməsini təmin edir. Naqilli və naqilsiz qəbuledici qurğuların monitorinqi və müxtəlif avadanlıqlarda lazımi parametrlərinin dəyişməsi zamanı (temperatur, yerləşmə, ehtiyatların səviyyəsi ) məlumatların baş vermə anında bilinməsi bir çox hallarda həyati əhəmiyyət kəsb edir. Bu baxımdan sözügedən texnologiyanın ehtiyac olduğu və tətbiq sahəsi çox genişdir.

  • Təhlükəsizlik sistemi
  • Səhiyyə sistemi
  • Bank sferası
  • Neft-qaz sferası
  • Su ehtiyatları
  • Ekologiya və təbii ehtiyatların qorunması
  • Sənaye və energetika
  • Vendinq və.s

M2M işləmə mexanizmi qəbuledicidən alınan məlumatın rəqəmsal siqnala çevrilərək ötürülməsi ilə baş verir. Müasir vəziyyətdə məlumatların ötürülmə vasitəsi kimi GSM şəbəkəsi və onun aktual vasitələri GPRS/EDGE, CSD/HSCSD və SMS istifadə olunur. Bu səbəbdən artıq “Machine to machine” daha çox “mobile to mobile” məzmunu kəsb edir. Bu sistemin ən böyük üstünlüyü insan müdaxiləsi tələb etməyən sistemi mümkün etməsidir.