ASSET MENECMENT

Asset menecment istənilən biznes vasitəsinin, avadanlıq parkının --avtomobil, aviasiya (təyyarə, helikopter və.s), gəmi, avtobus, yük vaqonları və yük maşınları, kənd təsərrüfatı və elektrik avadanlıqları, eləcə də insan kapitalı, intellektual mülkiyyət, maliyyə resurslarının idarə olunmasına imkan yaradan sistemdir. Biznesinizin bu kimi sahələrində effektivliyə nail olmağın ən optimal üsulu Asset Menecmentdir.

Asset menecment ev və villaların, həmçinin içərisindəki avadanlıqların uzaqdan idarə olunmasını mümkün edir. Fəaliyyət sahəsindən asılı olaraq, Asset menecmentin tətbiq funksiyaları fərqlənir. Misal üçün elektrik avadanlıqları olan və onu icarəyə verən şirkətlərin istifadə edəcəyi vasitələrlə (alətlərin sayı, istifadədə olanlar, avadanlıq parkında qalanlar, təmirə ehtiyacı olanlar, yeni alınacaq alətlər və.s ), Təmizlik şirkətləri avadanlıqlarının menecmenti üçün tətbiq olunacaq funksiyalar eyni ola bilməz. Beləliklə, Asset Menecment ağır və yüngül texnikası, avadanlığı və avtomobili olan şirkətlərə fərdi yanaşma təqdim etməklə,biznesi lazımsız risklərdən qoruyan əvəzsiz çıxış yoludur.